“Zelenski və Putin İstanbulda görüşməyə müsbət yanaşır” - Ərdoğan

1-04-2022, 16:02           
“Zelenski və Putin İstanbulda görüşməyə müsbət yanaşır” - Ərdoğan
“Krım və Donbas məsələsində bir addımın atılması üçün bunu ən yüksək səviyyədə liderlərlə müzakirə edirik. Bu məsələ ilə bağlı danışıqlara ev sahibliyi edəcəyimizi də tərəflərə bildirdik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Volodimir Zelenskinin müsbət yanaşması var, Vladimir Putin də buna müsbət yanaşırdı. Ümid edirəm ki, bugünkü telefon danışığı ilə İstanbulda liderlər zirvəsini gerçəkləşdirmək məsələsində nəticə əldə edə biləcəyik”, - o bildirib.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru