Tatlısesdən Nusret və CZN Buraka ittiham: "Millətə palçıq yedizdirirlər" - FOTO

1-04-2022, 20:05           
Tatlısesdən Nusret və CZN Buraka ittiham:
Türk sənət musiqisinin imperatoru İbrahim Tatlıses müğənni olmaqla yanaşı həm də iş adamıdır. Onun Türkiyənin bir çox şəhərlərində xeyli sayda lahmacun və çiyköfte restoranları var.

BAKU.WS xəbər verir ki, sənətçi ölkəsinin məşhur aşpazları CZN Burakı və Nusret Gökceni top atəşinə tutub. Tatlıses onların onun sayəsində məşhurlaşdığını, indi isə insanlara dadsız-duzsuz təamlar təqdim etdiyini dilə gətirib:

"Tatlıses 1984-cü ildən var, amma onlar yox idi. Heç kimi özümə rəqib görmürəm. Yemədiyim yeməyi də başqalarına məsləhət bilmirəm. Onlar mənim etdiyim işi görə bilmirlər. Bilmirsən yeməyin içinə nə qatırlar. Biz onlar kimi qidaya su qatmırıq. Sübut edə bilərəm. Baxırsan ki, palçıqdır. Millətə palçıq yedizdirirlər".

Qeyd edək ki, İbrahim restoranlarında hazırlanan təamları "Tatlıses" adı altında dünya bazarlarına çıxarmaq qərarındadır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru