Bərzaninin kürd döyüşçüləri İraqda türkmənləri qırır - FOTOLAR

27-04-2016, 10:18           
Bərzaninin kürd döyüşçüləri İraqda türkmənləri qırır - FOTOLAR
FaktXeber.com-un verdiyi məlumata görə, İraq Kürdistanı vilayətinin ordu qüvvələri-Peşmərgə türkmənlərə qarşı hücumlara başlayıb.

Peşmərgə qüvvələri aprel ayının 23-dən Səlahiddin vilayətində türkmənlərin kompakt yaşadığı Tuzxurmatu şəhərinə hücumlara başlayıblar. Hücumun səbəbləri hələ ki, dəqiq bəlli deyil.

Türkmənlərdən olan Sərməd Əl-Turkəmani mediaya açıqlamasında bildirib ki, peşmərgə şəhərin Əl-Cəmilə məntəqəsində yaşayan kürdləri Daquq və Kərkük bölgəsinə daşıyıb sonra türkmənlərə hücuma keçib. Onlar türkmənlərin evlərinə zorla soxulub yandırıblar.

Türkmənlər də öz növbəsində kürdlərə qarşı əməliyyat keçirərək, onların 3 komandirini və 12 əsgərini məhv ediblər. İraqın şiə könüllü qüvvələrindən sayılan Əl-Nucəba qvardiyası Bərzaninin özbaşınalıq edən hərbi qanadına ciddi xəbərdarlıq edib. İraqda şilərin ən güclü könüllü dəstəsi sayılan Bədr qvardiyası kürdlərlə danışıqlar apararaq, baş verənlərin tez bir zamanda son qoyulmasını istəyib.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.