Türk ordusu bu işdə xüsusilə önəmlidir

16-06-2022, 09:25           
Türk ordusu bu işdə xüsusilə önəmlidir
Ukrayna taxılının Qara dəniz üzərindən ixracı məsələsi ilə bağlı Türkiyə ilə danışıqlar aparırıq və burada türk ordusu xüsusi rol oynayır.

Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“BMT olaraq Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğluya sıx əməkdaşlığıa görə son dərəcə minnətdarıq. Bu problemi həll etmək üçün konstruktiv şəkildə işləyirik. Detalları açıqlamayacağam, amma xarici işlər naziri BMT planından danışıb. Müxtəlif variantlar var və türk ordusunun rolu xüsusi önəmə sahibdir. Bütün tərəflərlə əlaqədəyik və Türkiyə səlahiyyətliləri bizə əlaqələrin yaradılmasında xeyli yardımçı oldu”, - deyə diplomat bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru