Ərdoğanın səyləri nəticə verdi - “Yavaş da olsa, bir nöqtəyə çatmışıq”

17-06-2022, 19:12           
Ərdoğanın səyləri nəticə verdi - “Yavaş da olsa, bir nöqtəyə çatmışıq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həm Rusiya, həm də Ukrayna ilə təmaslar davam edir.

Teref.az xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar Rusiya-Ukrayna müharibəsinin yaratdığı taxıl böhranı ilə bağlı sualı cavablandırarkən deyib.

O, bu çərçivədə Rusiya və Ukrayna müdafiə nazirləri ilə görüşlərini davam etdirdiyini də bildirib:

“Humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar təcili atəşkəsə və gərginliyin azaldılmasına ehtiyac var. Gərginliyin artması hamı üçün zərərlidir, bunu birlikdə azaltmaq lazımdır”.

Akar müxtəlif qida məhsulları, xüsusilə də taxıl yüklü gəmilərin Ukrayna limanlarından daşınması ilə bağlı ciddi problemlərin həlli üçün çalışdıqlarını söyləyib:

“Limanlarda olan 15 gəmimizin təxliyəsi ilə bağlı işlərimiz davam edir. Həm Ukrayna, həm də Rusiya ilə danışıqlar aparırıq, BMT ilə də əlaqələrimizi dayandırmamışıq. Bununla bağlı Ukrayna, Rusiya və Türkiyə Müdafiə Nazirliklərindən bir general təyin etmişik. Rusiya generalı ilə ilk görüş iyunun 1-də keçirilib. İyunun 4-də BMT nümayəndəsi ilə görüş baş tutub.

Bu, “qırmızı xətt” adlanan şeydir, həmişə istifadə olunur. Taxıl və kənd təsərrüfatı məhsullarının ən sürətli və təhlükəsiz şəkildə ünvanlarına çatdırılması üçün səylər davam edir. Bu vəziyyət bütün dünyaya təsir göstərir. Yavaş da olsa, bununla bağlı bir nöqtəyə gəlinib. Düşünürük ki, yaxın günlərdə hadisələri daha da sürətlə inkişaf etdirmək imkanımız olacaq. Rusiya-Ukrayna-BMT-Türkiyə toplantısını keçirməklə bu məsələnin qısa vaxtda həll olunmasına çalışırıq. BMT-nin bununla bağlı planı var. Problemin həlli üçün vasitəçi rolumuzu davam etdiririk”. /teleqraf.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.