Sezgin Baran Korkmazın ABŞ-a təhvil verilməsi Ərdoğana böyük problemlər yaradacaq

19-06-2022, 08:28           
Sezgin Baran Korkmazın ABŞ-a təhvil verilməsi Ərdoğana böyük problemlər yaradacaq
Teref.az: Avstriyanın Ədliyyə naziri Alma Zadic Sezgin Baran Korkmazın ABŞ-a təhvil verilməsinə qərar verdi. Çirkli pulların yuyulmasında ittiham olunan olunan Sezgin Baran Korkmazın Türkiyəyə deyil, ABŞ-a təhvil verilməsi rəsmi Ankara, xüsusilə də prezident Rəcəb Tayyip Ərdoğan üçün ciddi problemlər yaradacağı, Rıza Zərrab problemidən də böyük problemə çevriləcəyi iddia olunur. Çünki, Rza Zərrabdan fərqli olaraq “SBK Holding”in sahibi Sezgin Baran Korkmazın prezident Ərdoğan, daxili işlər naziri Süleyman Soylu və keçmiş maliyyə naziri və prezidentin kürəkəni Berat Albayrakla münasibətlərini sübut edən foto və sənədlər mövcuddur.
AKP-nin üç əsas qurucusundan biri olan Bülent Arıncın ötən gün “Türk Demokrasi Vakfı”nda çıxışı zamanı “kral çıplaq demenin vaktı” açıqlaması da ciddi düşünməyə vadar edir.
Wall Street Journal isə Sezgin Baran Korkmazın ABŞ-da mühakimə olunacağı tərzdə Türkiyə hökumətinə qarşı korrupsiya iddiaları irəli sürəciyi və Ərdoğan üçün böyük bir kabus ola biləcəyi iddiasın irəli sürüb.
Xəqani Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.