"Türkiyə İsveç və Finlandiyadan konkret addımlar gözləyir" - Kalın

19-06-2022, 08:16           
"Türkiyə İsveç və Finlandiyadan konkret addımlar gözləyir" - Kalın
Türkiyə İsveç və Finlandiyadan NATO-ya üzv olmaq üçün konkret addımlar gözləyir. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"NATO təhlükəsizlik təşkilatıdır. Bu, azad seçim deyil, yeni üzv olanların prinsiplərə riayət etməsi zərurətidir. Onlar bizim təhlükəsizlik problemlərimizi həll etmək üçün konkret addımlar atmalıdırlar", - Kalın qeyd edib.

Prezidentin sözçüsü əlavə edib ki, Türkiyə İsveç və Finlandiya ilə onların NATO-ya mümkün daxil olması üçün dialoqun davam etdirilməsi imkanını nəzərdən keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru