RUSİYA VƏ İRAN TÜRKİYƏYƏ QARŞI BİRLƏŞDİ – Suriyaya əlavə qüvvələr yeridildi, PKK-nın iştirakı ilə birgə əməliyyat qərargahı yaradıldı

19-06-2022, 10:35           
RUSİYA VƏ İRAN TÜRKİYƏYƏ QARŞI BİRLƏŞDİ –
Türkiyənin PKK/YPG terror qruplaşmalarına qarşı planlaşdırdığı əməliyyatlar fonunda regionda gözlənilməz dönüş yaranıb. Belə ki, Rusiya və İran Türkiyə ordusuna qarşı hərəkətləri koordinasiya etmək üçün birgə əməliyyat mərkəzi yaradıblar.

Qafqaz.media xəbər verir ki, bu barədə “Al-Monitor” məlumat yayıb.

Mərkəz YPG yaraqlılarının, iranpərəst şiə yaraqlılarının, eləcə də Suriya rejimi ilə əlaqəli muzdluların birləşmiş qüvvələrini idarə edəcək.

Son günlər Rusiya Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatına açıq şəkildə qarşı çıxıb və Ankaranı bu cür hərəkətlərdən çəkinməyə çağırıb. Qəribədir ki, ABŞ da Rusiya ilə həmrəy danışaraq, Ankaranın Suriyanın şimalında 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq planları ilə qəti şəkildə razılaşmadığını vurğulayıb.

Rusiya Suriyanın şimalında Tel-Temir bölgəsində hərbi varlığını gücləndirir

“Şimal İldırımı” kod adlı əməliyyat mərkəzi Hələbin şimalında, Rusiya hərbi bazasının ərazisində yerləşir və burada PKK/YPG-nin Suriya qolu, iranpərəst Fatemeyun və Hizbullah qruplaşmaları, həmçinin silahlı qruplaşmaları dəstəkləyən silahlı qruplar iştirak edir.

“Əl-Monitor”un məlumatına görə, Əməliyyat Mərkəzində iki rus zabit, İran İslam İnqilabı Keşikçiləri Korpusunun üç nümayəndəsi, PKK-nın üç nümayəndəsi və Bəşər Əsəd rejiminin iki nümayəndəsi var.

Rusiya-İran Əməliyyat Mərkəzi YPG döyüşçülərinin, iranpərəst şiə döyüşçülərinin, eləcə də Suriya rejimi ilə əlaqəli muzdluların birləşmiş qüvvələrini idarə edəcək

Qeyd edək ki, “Şimal ildırımı”nın məqsədi Türkiyənin antiterror əməliyyatına müqavimət göstərməyə hazır olan qüvvələri nəzarətdə saxlamaq və koordinasiya etməkdir.

Əsasən YPG döyüşçülərindən ibarət Suriya Demokratik Qüvvələrinin sözçüsü “Al-Monitor”a deyib: “İran Suriyanın şimalında şiələrin məskunlaşdığı əraziləri qorumaq istəyir. Əməliyyat Mərkəzinin yaradılması ilə bağlı müzakirələr Türkiyə prezidenti Ərdoğanın Suriyanın şimalında hərbi əməliyyatlar məsələsini gündəmə gətirməsindən sonra davam edir”.

Bölgədən gələn digər məlumatlara görə, İraqın şimalındakı Qəndil dağlarında yerləşən PKK rəhbərliyi Türkiyə ordusuna qarşı silahlı müqaviməti koordinasiya etmək üçün Suriya Demokratik Qüvvələri ilə də danışıqlar aparır.

YPG terror qruplaşması ilə əlaqəli internet saytının məlumatına görə, Rusiya Suriyanın şimalında Tel-Təmir bölgəsində hərbi varlığını gücləndirir. Bu məqsədlə iyunun 16-da bölgədəki Rusiya bazasına əlavə qüvvələr və silahlar yerləşdirilib. İki həftə əvvəl Rusiya Tel-Təmir bölgəsi yaxınlığındakı Əl-Məbəkir kəndində radarlar və hava hücumundan müdafiə sistemləri quraşdırıb, həmçinin bura zirehli texnikalar yerləşdirib.

Şimali İraqı Suriyanın şimalı ilə birləşdirən yeni tunel PKK üzvlərinə Türkiyənin qarşıdan gələn hərbi əməliyyatları zamanı YPG birləşmələrinə operativ yardım göstərməyə imkan verəcək

Şimali İraq Kürdüstan Demokratik Partiyasının sözçüsü Xələf Xəlil PKK-nın Sincar vilayətinin dağlıq Çılpaq bölgəsini Suriyanın şimalındakı Hasake bölgəsi ilə birləşdirən 12 kilometrlik tunel qazdığını bildirib. Bundan sonra PKK yaraqlıları nəinki sərbəst şəkildə tunel vasitəsilə Suriyanın şimalına keçə, həm də oradan silah, sursat, partlayıcı və yanacaq-sürtkü materialları keçirə bilərlər.

"Bu tunel bir neçə il əvvəl qazılıb", - Xəlif Xəlil Al-Monitor-a deyib: “Tikinti zamanı 300 min beton blokdan istifadə edilib və eni yük maşınlarının və zirehli transportyorların oradan keçməsinə imkan verir. Şimali İraqı Suriyanın şimalı ilə birləşdirən bu tunel Türkiyənin qarşıdan gələn hərbi əməliyyatları zamanı PKK üzvlərinə YPG birləşmələrinə operativ yardım göstərməyə imkan verəcək”.

Qafqaz.media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.