Qazaxlar Moskvaya c avab verdi: Qazaxıstan Rusiya kömürünün tranzitini dayandırdı

20-06-2022, 08:33           
Qazaxlar Moskvaya c avab verdi:
Qazaxıstanın Rusiya kömürünün tranzitini dayandırıb.

Teleqraf.com xəbər verir ki, Qazaxıstan hakimiyyəti öz ərazisində kömür daşıyan 1 700 vaqonun qarşısını kəsib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım Jomart-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda sesnsasion açıqlamalarından sonra Rusiya qazax neftinin tranzitinə qadağalar qoyub.

Buna səbəb kimi liman sularında guya İkinci Dünya Müharibəsindən qalma mina ola biləcək obyektlərin tapılması göstərilib.

Söhbət ildə 67 milyon ton neft nəql edən Xəzər Boru Kəmərinin yanalma qurğularına bitişik akvatoriyanın bağlanmasından gedir.

Neftin tranziti azı 1 ay müddətinə dayandırılıb.

Xatırladaq ki, Tokayev Sankt-Peterburqa çıxışı zamanı DXR və LPR-i tanımadığını, onları kvazidövlət qurumları hesab etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru