Türkiyə və İsrail diplomatik təmsilçiliyi səfirliklər səviyyəsinə qaldıracaq

24-06-2022, 00:00           
Türkiyə və İsrail diplomatik təmsilçiliyi səfirliklər səviyyəsinə qaldıracaq
Biz diplomatik təmsilçilik səviyyəmizi səfirliklər səviyyəsinə qaldırmaq üçün müvafiq işlərə başlamışıq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada israilli həmkarı Yair Lapid ilə birgə mətbuat konfransı zamanı deyib.

Danışıqlar zamanı Türkiyə ilə İsrail arasında müsbət dialoqu konkret addımlarla inkişaf etdirmək əzminin təsdiqləndiyini bildirən Çavuşoğlu qısa müddətdə qarşılıqlı yüksək səviyyəli səfərləri davam etdirəcəklərini bəyan edib.

“Xarici işlər nazirliklərimiz arasında ikitərəfli siyasi və regional məsləhətləşmələr vacibdir. Digər tərəfdən, biz diplomatik nümayəndəlik səviyyəmizi səfir səviyyəsinə qaldırmaq üçün səylər göstəririk”, – deyə o, qeyd edib.

Nazir İsraillə təhlükəsizlik məsələlərində əməkdaşlıq etdiklərini də vurğulayıb.

İsrailin xarici işlər naziri Yair Lapid də Çavuşoğlunun sözlərini dəstəkləyərək, “Səfirimizin yaxın zamanda geri dönməsi üçün addımlar atırıq”, – deyə bildirib.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru