Ərdoğanın prezidentliyə namizədliyi təsdiqlənib

24-06-2022, 08:15           
Ərdoğanın prezidentliyə namizədliyi təsdiqlənib
Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın üçüncü dəfə dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi qanunidir. "Report" xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyası (AKP) də Ərdoğanın üçüncü prezidentliyə namizədliyi qarşısında heç bir hüquqi maneənin olmadığını bəyan edib. Eyni zamanda, AKP ölkədə prezident idarəetmə formasının tətbiqi ilə bağlı konstitusiyaya dəyişikliklərin qəbulundan sonra Ərdoğanın cəmi bir dəfə seçkiyə qatıldığını, ona görə də 2023-cü ildə yenidən seçkilərdə iştirak edə biləcəyini göstərir.

AKP və Milliyyətçi Hərəkat Partiyasını (MHP) birləşdirən Xalq Alyansı daha əvvəl Ərdoğanın vahid prezidentliyə namizədliyini irəli sürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru