Qərar verildi: Bu məhsullar ucuzlaşır-iyulun 1-dən dekabrın 31-dək...

25-06-2022, 00:04           
Qərar verildi:
Türkiyə Prezidentinin qərarı ilə iyulun 1-dən etibarən günəbaxan, qarğıdalı, soya və palma yağının gömrük rüsumu dekabrın 31-dək qaldırılıb.

Prezidentin 1 iyul tarixindən etibarən rəsmi qəzetdə dərc edilmiş qərarı ilə “Yağlı toxumlar və meyvələr, müxtəlif taxıllar, toxumlar və meyvələr, sənayedə və tibbdə istifadə olunan bitkilər” daxil olmaqla 31 dekabr tarixinədək gömrük vergisi qaldırılıb.

Bununla bağlı əvvəllər bəzi ölkələr üçün vergi güzəştləri mövcud idi və müddət 2020-ci illə məhdudlaşırdı. Gömrük rüsumu sıfır olan məhsullar arasında gül becərilməsi üçün toxumlar, meşə ağaclarının toxumları, gül toxumları, meyvə ağaclarının toxumları var.

Bəzi şüşə məhsullarına əlavə gömrük rüsumu qaldırıldı.

Digər tərəfdən, dərc edilən başqa bir qərarla bəzi şüşə məmulatlarına tətbiq edilən əlavə gömrüklər ləğv edildi.

Şüşə su qabları, banka, butulka, kiçik butulka, kasa, balon, zərdab ampulaları və digər qablar daxil olmaqla 1 litr ilə 0,5 litr arasındakı şüşə məhsullarda idxal rejimi tətbiq olunacaq. \\Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.