“Türkiyə istehsalı olan geyimlər 70 faiz bahalaşacaq” - AÇIQLAMA

25-06-2022, 09:03           
“Türkiyə istehsalı olan geyimlər 70 faiz bahalaşacaq” - AÇIQLAMA
“Türkiyə istehsalı olan hazır geyimlər qış mövsümündə 70 faiz bahalaşacaq”.

Teref.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu “Bloomberg”ə “Gürmen Qrup” İdarə Heyətinin üzvü Zeynəb Doğan deyib.

O bildirib ki, gözlənilən qiymət artımı maliyyə xərclərinin çoxalması ilə əlaqədar olacaq.

“Yun və pambıq kimi əsas xam maddələrdə pandemiyanın başlanğıcından bəri 100 faizə yaxın artım qeydə alınıb. Ona görə maliyyə xərclərini idarə etmək pərakəndə ticarətçilərin bu dönəmdə ən vacib məsələlərindən biridir.

Bu nisbətlər nə istehsalçıların, nə də brendlərin tək öhdəsindən gələcəyi faizlər deyil. Təbii ki, bu qiymət artımları tamamailə istehlakçıya təsri göstərməli faizlər deyil. May ayında qiymətlərdə artım 30 faiz səviyyəsində idi, yayı belə keçirə bilərik, amma qarşıdakı qış mövsümündə keçən qışa nəzərən mən 70 faiz artım gözləyirəm”, - Z.Doğan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru