Terrorçuların siyahısına salınan erməni jurnalist hədə dilində danışdı: - "mən mütləq doğma sovet Qazaxıstanıma gələcəyəm"

25-06-2022, 11:08           
Terrorçuların siyahısına salınan erməni jurnalist hədə dilində danışdı: -
Rusiyalı rejissor və teleaparıcı Tiqran Keosayan Qazeta.ru-ya deyib ki, o, Qazaxıstana girişin qadağan edilməsini və terrorçularla eyni siyahıya salınmasını “yumor” kimi qarşılayır.

DİA.AZ KONKRET.az-a istinadla xatırladır ki, cümə günü KazTAG agentliyi öz mənbələrinə istinadən bildirib ki, Rusiyada yaşayan erməni jurnalist Marqarita Simonyanın əri Qazaxıstanda qara siyahıya salınıb.

Keosayanın sözlərinə görə, elə bir məqam gələcək ki, o, ölkə hakimiyyətindən icazə istəmədən Qazaxıstana gələcək.

“Mən elə davranıram ki, sanki vətənim mənə orden verib. Sadəcə gülməlidir, Yəqin ki, çox ağrılı və onlarda inanılmaz qorxuya səbəb olan bir nöqtəyə toxundum. Ona görə də jurnalist işini düzgün yerinə yetirmişəm. Mən mütləq Qazaxıstana gələcəm. Qazaxıstanın hakimiyyət orqanlarından icazə istəməyəcəyəm. Elə bir an gələcək ki, mən mütləq doğma sovet Qazaxıstanıma, bir daha təkrar edirəm, böyüdüyüm Qazaxıstana gələcəyəm”, – Keosayan əminliklə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru