Adanada PKK/KCK əməliyyatı: Saxlanılanlar arasında HDP-lilər də var
28-06-2022, 11:54
Türkiyənin Adana şəhərində xüsusi əməliyyat keçirilib.
Əməliyyat PKK/KCK istintaqı çərçivəsində 38 şübhəlinin ələ keçirilməsi üçün nəzərdə tutulub.
Əməliyyat zamanı HDP ərazi təşkilatı rəhbərləri və Seyhan bələdiyyə sədrinin müavini də saxlanılıb. Həmçinin Seyhan Bələdiyyəsində də axtarışlar aparılıb.