Rəsmi Ankara Moskvaya səsləndi: “Ukraynadakı müharibəni dərhal dayandırın”

28-06-2022, 11:47           
Rəsmi Ankara Moskvaya səsləndi:
“Biz bu dağıdıcı müharibəni mümkün qədər tez dayandırmaq və diplomatik həllə üstünlük vermək çağırışımızı bir daha təkrar edirik”.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bu fikirlər rus ordusu tərəfindən Kremençukdakı ticarət mərkəzinin atəşə tutulmasından sonra Türkiyə Xarici İşlər Nazirliyi bəyanatında yer alıb.

Yazılı açıqlamada Kremençukda mülki vətəndaşların olduğu ticarət mərkəzinin raketlərlə atəşə tutulduğu, nəticədə çoxlu sayda insanın öldüyü və yaralandığı böyük kədərlə ifadə edilib.

Bəyanatda vurğulanıb ki, son günlər müxtəlif şəhərlərdə, o cümlədən Ukraynanın paytaxtı Kiyevdə mülki yaşayış məntəqələrini hədəfə alan atəşlər bir daha müharibənin amansız və təcili sülhə ehtiyac olduğunu göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru