Böyük Türk Tanrı dağına uğurlandı

30-06-2022, 15:00           
Böyük Türk Tanrı dağına uğurlandı
85 yaşında dünyasını dəyişən ustad aktyor Cüneyt Arkın dəfn olunub.

Yenisabah.az xəbər verir ki, dəfndən əvvəl Arkının cənazəsi motosikletçilərin müşayiəti ilə Atatürk Mədəniyyət Mərkəzinə aparılıb.

Ürək dayanmasından vəfat edən Yeşilçamın unudulmaz aktyoru son mənzilə yaxınlarının əhatəsində yola salınıb. Bundan əvvəl Cüneyt Arkın nəşi yuyulmaq üçün xanımı Betül Cüreklibatır, oğulları Murat Arkın, Kaan Cüreklibatır və digər yaxınları tərəfindən Zincirlikuyu ölüxanasına aparılıb.

Arkının Türkiyə bayrağına bükülmüş tabutu cənazə maşınına qoyulub. Göz yaşlarını saxlaya bilməyən Murat Arkın atasının tabutunu qucaqlayaraq ağlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru