Özbəkistanda qanunsuz keçirilən aksiyanın qarşısı alınıb

2-07-2022, 08:17           
Özbəkistanda qanunsuz keçirilən aksiyanın qarşısı alınıb
Özbəkistanın şimal-qərbindəki Qaraqalpaqıstanda qanunsuz keçirilən aksiyanın qarşısı alınıb. “Report” xəbər verir ki, bu barədə Özbəkistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Qaraqalpaqıstan vətəndaşları Nukus şəhərində yürüşlər keçirib, bundan sonra mərkəzi Dehkan bazarının ərazisinə toplaşaraq qanunsuz nümayiş təşkil ediblər. Bunun respublikada aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində edildiyi qeyd olunur.
Ətraflı

Bildirilib ki, ictimai asayişin pozulması hallarının və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə bazara hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib. Artıq ictimai asayiş bərpa olunub.

Qeyd edək ki, “Özbəkistan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ümumxalq müzakirəsi üçün iyunun 25-də parlament nəşrlərində dərc olunub.

Parlamentin qərarına əsasən, layihənin müzakirəsi iyulun 5-dək davam edəcək, bundan sonra layihə referenduma çıxarılacaq. Qanun layihəsində konstitusiyanın 64 maddəsinə 200-dən çox dəyişiklik nəzərdə tutulur. Onların arasında Özbəkistan prezidentinin səlahiyyət müddətinin beş ildən yeddi ilədək uzadılması, ölüm hökmünün qadağan edilməsi, ölkə vətəndaşının xarici dövlətə ekstradisiyasının qadağan edilməsi ilə bağlı bənd var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.