İşğal altında olan Berdyanskdan taxıl daşıyan gəmi Türkiyəyə gəlib: Ukrayna səfiri tədbir görməyi tələb edir

2-07-2022, 08:04           
İşğal altında olan Berdyanskdan taxıl daşıyan gəmi Türkiyəyə gəlib: Ukrayna səfiri tədbir görməyi tələb edir
Ukrayna səfiri Vasili Bodnar Türkiyə hakimiyyətinə müraciət edərək işğal altındakı Berdyanskdan Rusiya Federasiyası bayrağı altında yüklə gələn gəmi ilə bağlı tədbir görülməsini xahiş edib.

Bu barədə səfir öz “Facebook” səhifəsində yazıb.

“İşğal olunmuş Berdyanskdan olan gəmi Karasu limanına daxil olub. Baş Prokurorluğun məktubu əsasında Türkiyə tərəfinə təcili tədbirlər görülməsi üçün müraciət edilib”, - deyə Bodnar yazıb.

“Bizim Türkiyə Respublikasının hakimiyyət orqanları ilə yaxşı ünsiyyətimiz və sıx əməkdaşlığımız var. Əminəm ki, qəbul edilən qərarlar Ukraynanın suverenliyinin pozulması cəhdlərinin qarşısını alacaq”, - deyə səfir əlavə edib.

Mənbə: Ukrainskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru