Özbəkistan Prezidenti Qaraqalpaqda fövqəladə vəziyyət rejimi tətbiq edib

3-07-2022, 00:35           
Özbəkistan Prezidenti Qaraqalpaqda fövqəladə vəziyyət rejimi tətbiq edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasının ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Şerzod Əsədov teleqram kanalında bildirib.

“Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə, Prezidentin sərəncamına əsasən, iyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib”, - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru