Terror hazırlığı: PKK üzvü yaxalanıb

7-08-2022, 13:01           
Terror hazırlığı:
Suriyada “Fərat qalxanı” əməliyyatı bölgəsində terror aktının qarşısı alınıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında yazıb.

Belə ki, Cerablusda təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı 10 kq partlayıcı ilə doldurulmuş bomba ələ keçirilib.

“Cerablusda terror aktı hazırlayan PKK/PYD terror təşkilatının üzvü “Fərat qalxanı” əməliyyatı bölgəsində ələ keçirilib”, - nazir yazıb.

Daxili İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, təhlükəsizlik və kəşfiyyat qüvvələrinin əlaqələndirilmiş fəaliyyəti sayəsində 10 kq partlayıcı ilə doldurulmuş bombadan istifadə etməklə terror aktının qarşısını almaq mümkün olub.

Faktla bağlı araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru