Çox sayda PUA sərhədə yerləşdirildi: “Evlərinizi tərk etməyin” - Yeni əməliyyat başlayır

18-08-2022, 11:11           
Çox sayda PUA sərhədə yerləşdirildi: “Evlərinizi tərk etməyin” - Yeni əməliyyat başlayır
Türkiyə ordusu mümkün Suriya əməliyyatları ilə bağlı hazırlıqları artırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi agentliyi SANA məlumat yayıb. Bildirilir ki, Türkiyə ordusu sərhədə əlavə hərbi qüvvələr cəlb edib. Sərhəddə çox sayda türk PUA-sının olduğu deyilir. İddialara görə, türk hərbçilər Hələb və Cerablus yaxınlığındakı yerli sakinlərə evlərini tərk etməmək barədə çağırışlar edir. Türk hərbçilərin Haseke, Rəkka və Hələbə yaxın ərazilərə də yerləşdiyi deyilir. Türkiyənin əməliyyatlarına qarşı olan Suriyanın da hazırlıq apardığı açıqlanıb.

Qeyd edək ki, Türkiyə tərəfi Suriyanın şimalında antiterror əməliyyatları keçirəcəyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru