İsrailin Baş naziri Ərdoğanla zarafatlaşdı: “Pis xatirələrim var, həmişə məğlub edirdilər”

21-09-2022, 14:44           
İsrailin Baş naziri Ərdoğanla zarafatlaşdı:
Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka səfər edən prezident Rəcəb Tayyib Ərdoğan Türk evində təmaslarını davam etdirib. Prezident Ərdoğan FİFA prezidenti Canni İnfantino ilə söhbət edərkən, İsrailin baş naziri Yair Lapidin gəlişi ilə maraqlı dialoqlar yaşanıb. “Fənərbaxça” ilə bağlı yaxşı xatirələrinin olmadığını deyən İsrail baş naziri Lapid “Bizi həmişə məğlub edirdilər”,-deyə zarafatlaşıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapidlə görüşüb. Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidan və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da iştirak edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru