“Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmalıdır” - Türkiyə "qapıları" bağlayır?!

2-11-2022, 18:57           
“Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmalıdır” -
"Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları sadəcə propaqanda xarakteri daşıyır".
TEREF.AZ xəbər verir ki, bunu "Sherg.az"a açıqlamasında Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.
Onun sözlərinə görə rəsmi Ankara dəfələrlə bəyan edib ki, Azərbaycanla məsələ həll olunmadığı müddətcə Türkiyə və Ermənistan münasibətlərinin düzəlmə ehtimalı aşağıdır:

“Nə qədər razılıq bəyanatları səsləndirsələr də, ilk növbədə Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmalıdır. Əks təqdirdə Türkiyə ilə Ermənistan əlaqələrinin inkişafı imkansızdır".

Qeyd edək ki, Paşinyan hökuməti Ermənistanın Türkiyə ilə kommunikasiya məsələsindəki çətinliklərin öhdəsindən gələ bildiyini söyləyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqları və iki ölkənin xüsusi nümayəndələrinin təmaslarını xatırladıb: “Baş verənlər mühüm dəyişiklikdir”.

N.Paşinyanın sözlərinə görə, artıq nəinki hakimiyyət, hətta cəmiyyət səviyyəsində Türkiyə ilə əlaqələr barədə dilemma yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru