Türkiyədə məktəblilər qəzaya düşdü - Yaralılar var
3-11-2022, 07:45
Türkiyədə məktəbliləri daşıyan mikroavtobusla avtomobil toqquşub. Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Mersin şəhərində baş verib. Qəza zamanı 6-sı şagird olmaqla 7 nəfər yaralanıb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.