Türkiyədə Bosfor boğazı altındakı tuneldə fövqəladə vəziyyət: Qatarların hərəkəti dayandırıldı

3-11-2022, 08:08           
Türkiyədə Bosfor boğazı altındakı tuneldə fövqəladə vəziyyət:
Türkiyədə fövqəladə vəziyyətlə əlaqədar Bosfor boğazının altından keçən “Marmaray” dəmir yolu tuneli boyunca qatarların hərəkəti dayandırılıb.

Məlumata görə, sərnişinlər hadisədən İstanbulun Asiya hissəsindəki Üsküdar stansiyasında xəbər tutublar. Orada səsgücləndiricilərdən istifadə edərək insanlara “fövqəladə vəziyyətlə əlaqədar bütün sərnişinlər dərhal stansiya platformalarını tərk etməlidirlər” xəbərdarlığı edilib.

Qatarların hansı səbəbdən dayanması barədə hələlik məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru