Türkiyədə motosiklet oğrusu həbs olunmasına sevindi: “Sizə görə ailəmə həsrət qalmışdım”

3-11-2022, 11:14           
Türkiyədə motosiklet oğrusu həbs olunmasına sevindi:
Türkiyənin Adana şəhərində motosiklet oğrusu saxlanılıb.

Hüseyn adlı şəxs portağal bağında gizlənərkən yaxalanıb.

Onun iş axtarmaq adı ilə rayon ərazisindəki emalatxanalara gedərək müşahidə apardığı, sonra isə motosikletləri oğurladığı müəyyən edilib. Son bir ayda 11 ədəd motosiklet oğurlayan Hüseynin oğurluq etdiyi anlar təhlükəsizlik kamerasına əks olunub.

Nəzarətə alınan oğru polisə verdiyi ifadəsində həbs edilməsinə sevindiyini bildirib.

“Yaxalanacağımdan qorxduğum üçün evdə qala bilmirdim. Sizə görə bir aydır ailəmə həsrət qalmışdım”, - deyə o qeyd edib.

Motosiklet oğrusu məhkəmə zalında həbs edilib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru