Qazaxıstanda şaxtada faciə: Çox sayda ölü və yaralı var 3-11-2022, 11:38 Qazaxıstanın Karaqanda vilayətində şaxtada qaz sızması nəticəsində beş nəfər həlak olub.Bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Hadisə gecə saatlarında qazma işləri aparılarkən qaz-drenaj quyularında qəfil sızma nəticəsində baş verib.Dörd nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerindən 106 əməkdaş təxliyə edilib. Facebook-da paylaş