ABŞ müdafiə nazirinin köməkçisi Türkiyədən olan həmkarları ilə məsləhətləşmələr aparacaq

7-11-2022, 00:10           
ABŞ müdafiə nazirinin köməkçisi Türkiyədən olan həmkarları ilə məsləhətləşmələr aparacaq
Pentaqon rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander Türkiyə və Polşadan olan həmkarları ilə müdafiə sahəsində əməkdaşlıqla bağlı məsləhətləşmələr aparacaq.

"Report" xəbər verir ki, bu barədə ABŞ Hərbi Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Türkiyədə ABŞ müdafiə nazirinin köməkçisi yüksək səviyyəli ikitərəfli profil komissiyasının işində iştirak edəcək. O, Türkiyə Hərbi Departamentinin nümayəndələri ilə bölgədəki təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcək.

Polşada Uollander ölkə rəsmiləri ilə Ukraynaya dəstək, müdafiə təchizatı və Avropa təhlükəsizliyi ilə bağlı məsləhətləşmələr aparacaq. O, Polşada yerləşən ABŞ hərbçiləri ilə də görüşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru