"Türkiyə İsveçin NATO-ya üzv olmasına ümid edir, lakin..." - Ərdoğan

9-11-2022, 00:08           
"Türkiyə İsveçin NATO-ya üzv olmasına ümid edir, lakin..." - Ərdoğan
Türkiyə İsveçin NATO-ya daxil olmasına ümid edir, lakin ondan alyansa üzvlüklə bağlı Madrid memorandumunun həyata keçirilməsi üçün konkret addımlar gözləyir.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Ulf Kristersson ilə Ankarada danışıqlardan sonra deyib.

"Ümid edirik ki, İsveç NATO-ya üzvlüklə bağlı üç ölkənin (Türkiyə, Finlandiya və İsveç - red.) imzaladığı memorandumun şərtlərini yerinə yetirəcək. Ondan münasibətlərimizdə müttəfiqlik ruhuna cavab verəcək konkret addımlar gözləyirik", - Ərdoğan əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru