Bursada yanğın faciəsi - 8-i uşaq olmaqla 9 nəfər həyatını itirdi

9-11-2022, 10:05           
Bursada yanğın faciəsi -
Türkiyənin Bursa şəhərinin Yıldırım rayonunda binada yanğın baş verib.

Teref.az “Qafqazinfo”ya istindən xəbər verir ki, yanğında 8 uşaq və bir ana həyatını itirib.

Bursa Böyükşəhər Bələdiyyə Başçısı Alinur Aktaş həyatını itirən uşaqların 1 ilə 11 yaş arasında olduğunu bildirib.

Bursa valisi Yakup Canbolat yanğının Değirmenönü məhəlləsində müvəqqəti qoruma çərçivəsində suriyalı ailənin yaşadığı evdə çıxdığını qeyd edib.

O, hadisənin yerli saatla 23.52-də baş verdiyini deyib:

“İçəridə 9 cəsəd var. Onlardan 8-i uşaq, biri anadır. 8 uşaqdan 6-sı buradakı ailəyə aiddir, ikisi isə . Ata hadisə zamanı çöldə olub. O, yanğınla mübarizə apararkən tüstüdən təsirlənib. Daha sonra 112 qrupları tərəfindən dövlət xəstəxanasına çatdırılıb. Səhhəti yaxşıdır”.

Vali yanğının baş vermə səbəbinin sobadan qaynaqlanma ehtimalının yüksək olduğunu əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.