RUSİYADA QƏTL TÖRƏTDİ, TÜRKİYƏYƏ QAÇDI, AMMA… - Saxta pasportla yaxalanan azərbaycanlı kriminal avtoritet deport ediləcək

10-11-2022, 09:18           
RUSİYADA QƏTL TÖRƏTDİ, TÜRKİYƏYƏ QAÇDI, AMMA… -
Türkiyənin Kocaeli vilayətinin Miqrasiya İdarəsində özəl hərəkat qüvvələri və çevik polis alayının iştirakı ilə böyük bir əməliyyat keçirilib. Buna azərbaycanlı kriminal avtoritet, cinayətkar şəbəkənin lideri kimi təqdim olunan Hacıyev İlqəm Zilqəm oğlunun Miqrasiya İdarəsində qalmaqal çıxarması səbəb olub.

Qafqaz.media Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İlqəm Hacıyev İzmirdə saxta pasportla tutularaq deportasiya olunmaq üçün Kocaeliyə gətirilib. Burada Rusiyaya göndəriləcəyini iddia edən azərbaycanlı kriminal avtoritet, idarədə böyük insident törədib. Lakin sonradan onun Azərbaycana deportasiya ediləcəyi məlum olub.

Yerli KİV-lər hadisənin təfərrüatları bərədə geniş məlumat yayıblar. İddia olunur ki, Azərbaycan əsilli avtoritet Hacıyev İlqəm Zilqəm oğlu İzmirdə saxta pasportla yaxalanıb. O, deportasiya edilmək üçün Kocaeli Miqrasiya İdarəsinə təhvil verilib. Burada Rusiyaya deportasiya ediləcəyini iddia edən İlqəm Hacıyev, buna etiraz edərək Miqrasiya İdarəsində qalmaqal çıxarıb. Nəticədə əraziyə çoxlu sayda çevik polis alayının əməkdaşları ilə yanaşı, özəl hərəkat qüvvələrinin əməliyyat qrupu göndərilib.

İHA xəbər agentliyi bildirir ki, İ.Hacıyev Rusiyada qətlə törətdiyindən, bu ölkəyə göndərilmək istəməyib. Hadisə yerinə Kocaeli Qubernator müavinləri və vilayətin Təhlükəsizlik Müdiri Veysəl Tipioğlu da gəlib. Səlahiyyətli şəxslər Hacıyev İlqəm Zilqəm oğlunun Rusiyaya deyil, Azərbaycana göndəriləcəyini bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.