Qazaxstan nefti Bakıdan keçib Avropaya çıxacaq

10-11-2022, 20:57           
Qazaxstan nefti Bakıdan keçib Avropaya çıxacaq
Qazaxstan nefti Bakıdan keçib Avropaya çıxacaq

Hurriyyet.az xəbər verir ki, Qazaxıstan 2023-cü il yanvarın 1-dən etibarın Bakı-Tiflis-Ceyhan boru kəməri ilə neft nəqlinə başlayacaq. Qazaxıstanın Baş naziri Əlixan İsmayılov parlamentdəki həftəlik iclasdan sonra mətbuat açıqlamasında neft ixracatı üçün xüsusi yol xəritəsi hazırladıqlarını bildirib.

İsmayılov deyib: “Xüsusi ilə qarşımızdakı il yanvarın 1-dən etibarən Bakı-Tiflis-Ceyhan neft kəməri xətti vasitəsi ilə 1,5 milyon ton neft nəqli üçün razılaşmamız var. Gələcəkdə bu istiqamətdə 6-6,5 milyon ton neft nəqlinə nail olmağa çalışırıq”. İsmayılov gələcəkdə Bakı-Supsa və Bakı-Batum neft kəməri vasitəsilə də Qazaxıstan neftinin nəql edilə biləcəyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru