BƏƏ Suriya və Türkiyəyə 100 milyon dollar yardım ayırdığını elan edib

8-02-2023, 10:48           
BƏƏ Suriya və Türkiyəyə 100 milyon dollar yardım ayırdığını elan edib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çərşənbə axşamı Suriya və Türkiyəyə zəlzələdən zərər çəkənlərə yardım üçün 100 milyon dollar yardım edəcəyini açıqlayıb.

Trend xıbır verir ki, bu barədə "Al Arabiya" agentliyi məlumat yayıb.

Məlumata əsasən, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan "zəlzələ nəticəsində zərər çəkənlərə kömək üçün 100 milyon dollar ayrılması" ilə bağlı sərəncam imzalayıb.

Qeyd edilir ki, ayrılan məbləğ Suriya və Türkiyə arasında bərabər bölünəcək, hər bir ölkəyə 50 milyon dollar veriləcək.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 894 nəfər həlak olub, 34 810 nəfər isə yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru