Türkiyədə Twitter uğrunda "vuruşma"

9-02-2023, 11:15           
Türkiyədə Twitter uğrunda "vuruşma"
Görünür Türkiyədə Twitterin bloklanması ciddi etirazlara səbəb olub.
Ötən gün müxalifət lideri Kılıçdaroğlu hökumətin bu addımını kəskin tənqid edən paylaşım edib, "gizlədiləcək heç bir şeyin qalmadığını bildirib" və hamını VPN-dən istifadəyə çağırıb.
Xatırladıram ki, zəlzələdən sonra Twitter burada ən populyar kommunikasiya vasitəsinə çevrilib.
Hökumət tənqid olunan paylaşımlar da əsasən bu sosial platformalar üzərindən edilirdi.
Türkiyə rəsmiləri isə bu platformadan saxta məlumatların, dezinformasiyaların yayıldığını bildirirdi.
Və zəlzələdən 2 gün sonra bu platformanı bloklamışdı.
Qlobal monitorinq qrupu NetBlocks da Türkiyə ərazisində Tvitterin bloklandığını təsdiqləmişdi.
Ümumiyyətlə, zaman-zaman Türkiyə hökümətinin qlobal sosial media resursları ilə, hətta onların bloklanması ilə nəticələnən problemləri olur.
Ötən ilin sonu Türkiyədə sosial media ilə əlaqəli qanun da qəbul edilib.
Ötən gün İlon Mask da bununla bağlı paylaşım edib. O , Türkiyə hökuməti tərəfindən Twitterin fəaliyyətinin bərpa ediləcəyi mesajının verildiyini açıqlayıb.
Güman etmək olar ki, Türkiyə hökuməti və İlon Mask bu sosial platformanın fəaliyyətinin bərpası üçün anlaşa biliblər.
Osman Gündüz
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.