Türkiyədə zəlzələ sonrası ikinci fəlakət riski – ÜST-dən xəbərdarlıq

12-02-2023, 00:02           
Türkiyədə zəlzələ sonrası ikinci fəlakət riski –
Minlərlə insan Suriya və Türkiyədə çox ağır şəraitdə qalıb, bu isə zəlzələ sonrası ikinci dalğa itkilərə səbəb ola bilər.

“Medicina” xəbər verir ki, bu barədə ÜST rəsmisi Robert Holden bildirib.

Onun sözlərinə görə su, qida, tibbi xidmət, elektrik, psixoloji dəstək, istilik həyatın əsaslarıdır.
Zəlzələdən sonrakı ikincili fəlakəti görməj üçün real təhlükə var. Bu sağ qalmış yüz minlərlə insana zərər verə bilər. Əgər biz axtarış-xilasetmə-yerləşmə və bərpa dövrünü indiki tempdə yavaş aparsaq real itkilər zəlzələdəkindən də çox ola bilər.

Digər səbəb zəlzələ olan bölgələrdə havanın normadan daha soyuq olmasıdır.

Məsələn, Suriya Alepposunda minimal hərarət mənfi 3 dərəcədir.

Halbuki normada fevral havası müsbət 3 olurdu.

Əgər ciddi tədbirlər görülməsə daha 10 min insan itkisi ola bilər.

Öncə YUNİSEF-in Yaxın Şərq üzrə nümayəndəsi Ammar zəlzələdən sonra digər epidemiyanın başlamasından narahatlığını bildirmişdi. Artıq təmiz su çatışmazlığından Suriyada belə epidemiya yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru