AFAD açıqladı – Zəlzələnin gücü 500 atom bombası təsirində olub

12-02-2023, 00:12           
AFAD açıqladı –
AFAD Türkiyədə baş vermiş zəlzələnin gücünü hesablayıb.
Pressklub.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Zəlzələ Riski və Zəlzələlərin Azaldılması Agentliyinin Baş Direktoru Orhan Tatar məlumat verib.

Onun sözlərinə görə, Kahramanmaraş mərkəzli zəlzələnin gücü 500 atom bombasına bərabər olub və zəlzələnin təsiri ilə ərazi 2 dəqiqə silkələnməyə məruz qalıb.

“Gözlədiyimizdən çox daha böyük bir fəlakətlə üz-üzəyik. İlk zəlzələnin təsirli olma müddəti 65 saniyədir. İkinci zəlzələnin dağıdıcı təsiri isə 45 saniyə olub. İndiyədək 2000-dən çox yeraltı təkan baş verib və baş verməkdə davam edir. Təkanların əksəriyyəti 4 baldan yuxarıdır”, – qurum rəsmisi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru