Ərdoğandan zəlzələ açıqlaması: Bu qədər geniş ərazi...

12-02-2023, 09:07           
Ərdoğandan zəlzələ açıqlaması: Bu qədər geniş ərazi...
Əsrin fəlakəti olaraq xarakterizə edilən bu böyük zəlzələ 13,5 milyon insanın yaşadığı 500 kilometrlik əraziyə dağıdıcı təsir göstərdi. Bu qədər geniş əraziyə və bu qədər əhaliyə təsir edən zəlzələ dünyada nadir fəlakətdir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Dünyanın qabaqcıl zəlzələ mütəxəssislərini belə dəhşətə gətirən bu fəlakətin dərin izlərini bütün çılpaqlığı ilə viran qalmış əyalətlərimizdə görmək mümkündür. Bu fəlakətin dağıdıcı təsirinin 1939-cu il Ərzincan və 1999-cu il Mərmərə zəlzələlərindən də çox olduğu göz qabağındadır", - Ərdoğan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru