Ötən il Türkiyədə xariclərə on minlərlə mənzil satılılıb – Ruslar ilk pillədədir...

15-02-2023, 00:04           
Ötən il Türkiyədə xariclərə on minlərlə mənzil satılılıb – Ruslar ilk pillədədir...
2022-ci ildə Türkiyədə 1,49 milyon ədəd yaşayış məqsədli daşlnmaz əmlak satılıb.

Bu barədə Türkiyə Statistuka İnstitutunun ötən ilin yekunları ilə bağlı hesabatında bildirilir.

Qeyd olunur ki, bunun 4,5%-i və ya 67 490 ədədi xarici vətəndaşlara satılıb. Beləliklə, 2021-ci illə müqayisədə xaricilərin Türkiyədə daşınmaz əmlak əldə etməsi 15,2% artıb.

İqtisadçı İlham Şaban bildirir ki, son 10 ildə xarici vətəndaşların Türkiyədə məhz yaşayış məqsədli daşınmaz əmlaka investisiya etməsi böyük sürətlə artıb.

“Məsələn, 2013-cü ildə xaricilərlə bu seqment üzrə 12 381 müqavilə imzalanıb”, - o əlavə edib.

Ekspert bildirir ki, Türkiyə 2022-ci ildə daşınmaz əmlakın xaricilərə satılmasına görə yalnız Birləşmiş Ərəb Əmirliklərindən geri qalır. Ötən il ərəb ölkəsində 86 187 alqı-satqı müqaviləsi imzalanıb.

Ötən il hansı ölkə vətəndaşlarının Türkiyədə daha çox daşınmaz əmlak almasına gəlincə İ.Şaban bunları deyib: “Rusiya vətəndaşları lider olub - 16 312 mənzil, artım 203%-dir. Bu, ötən il Türkiyədə xarici vətəndaşlara satılan daşlnmaz əmlakın 24,2%-i deməkdir. Sonrakı yerləri İran (8 223 mənzil) və İrak (6 241) vətəndaşları tutub. Ukrayna vətəndaşları isə 2022-ci ildə Türkiyədə 2 574 daşınmaz əmlaka sahib olublar. Bu alqı-satqıda ötən illə müqayisədə müsbət dinamika 106,6%-dir”.

Bəs xarici vətəndaşlar Türkiyənin hansı şəhərlərində daşınmaz almağa maraq göstərirlər?
Ətraflı
Ad - 00:20

Ekspert qeyd edir ki, 2022-ci ilin statistikasına görə, xarici vətəndaşların Türkiyədə əldə etdikləri daşınmaz əmlakın 37%-i İstanbulun payına düşüb:

“İstanbul - 24 953 ədəd;

Antalya - 21 860 ədəd;

Mersin - 4 316 ədəd”.

İqtisadçı bu sahədə maraqlı fakt da açıqlayıb. Onun sözlərinə görə, Türkiyədə xarici vətəndaşların əldə etdikləri daşınmaz əmlakın 30,6%-i qadınların adına rəsmiləşdirilib.

Xatırladaq ki, Türkiyə Respublikasında 1 ilədək verilən “yaşam vizası” almaq üçün dəyəri 75 min dollardan az olmayan daşınmaz əmlak əldə edilməlidir. 6 ay müddətində vətəndaşlıq almaq üşün isə əmlakın qiyməti 400 min dollardan az olmamalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru