Qazaxıstanda parlament seçkilərində seçici fəallığı 54 faizi ötdü

20-03-2023, 00:00           
Qazaxıstanda parlament seçkilərində seçici fəallığı 54 faizi ötdü
Qazaxıstanda bu gün keçirilən parlamentin (aşağı palatası - Red) və məclislərin (yerli nümayəndəlik orqanları - Red) deputatları seçkilərində əksər məntəqələrdə bağlanış vaxtına seçici fəallığı 54,09 % təşkil edib.
Teref.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının katibi Muxtar Yerman keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, saat 20:00-a ( Bakı vaxtı ilə 18:00) olan məlumata görə, siyahılara daxil edilmiş seçicilərin ümumi sayının 54,09 faizi seçki bülletenlərini alıb.

İlk "Exit-poll" nəticələri xüsusi onlayn marafon zamanı gecə yarısından sonra elan ediləcək. Ümumilikdə, respublikada 10 mindən çox seçki məntəqəsi səhər saat 07:00-dan (Bakı vaxtı ilə 05:00) 20:00-a ( Bakı vaxtı ilə 18:00) qədər açıq olub.

Qeyd edək ki, səkkizinci çağırış Milli Məclis əvvəlkilərdən fərqli olaraq qarışıq sistemlə seçiləcək: deputatların 70%-i partiya siyahıları, qalan 30%-i isə birmandatlı dairələr üzrə seçiləcək. Ümumilikdə, Milli Məclisin 98 deputatı - 69-u partiya siyahıları, 29-u isə birmandatlı seçki dairələri üzrə seçilməlidir.

Əvvəllər aşağı palataya seçkilər proporsional sistemlə: partiya siyahıları üzrə keçirilirdi. Bununla yanaşı, seçki bülletenlərində “hamıya qarşı” qrafası yaranıb.

Qazaxıstanın bütün yeddi siyasi partiyası seçkilərdə iştirak etmək üçün öz namizədlərinin siyahılarını təqdim edib. Bundan əvvəl Mərkəzi Seçki Komissiyası partiyaların siyahısına 281 namizədin daxil edildiyini bildirib: “Ak Yol” Demokrat Partiyasından – 54, Amanat (Əmanət) Partiyasından – 90, “Aul” Xalq Demokratik Vətənpərvərlər Partiyasından – 25, “Baytak” Yaşıllar Partiyasından - 18, Ümummilli Sosial Demokrat Partiyasından - 19, Qazaxıstan Xalq Partiyasından - 52, Respublika Partiyasından - 23.//Report












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.