Akar "Vur de, vuraq, öl de, ölək" sloqanına belə cavab verdi: "Onun da zamanı gələcək, gözləyin"

17-04-2023, 11:38           
Akar "Vur de, vuraq, öl de, ölək" sloqanına belə cavab verdi:
"Türkiyə Prezident Ərdoğanın liderliyi ilə beynəlxalq gücə çevrilib".

Bu sözləri AK Partiyadan Kayseridən deputatlığa namizədliyi irəli sürülən müdafiə naziri Hulusi Akar ötən gün Kadir Has Mədəniyyət və İncəsənət Mərkəzində keçirilən namizədlərin təqdimat mərasimində deyib.

O bildirib ki, Türkiyəsiz bölgədə heç bir problemin həlli mümkün deyil: "İndi Türkiyənin hər zamankindən daha güclü və böyük olması lazımdır. Güclü və böyük Türkiyə üçün hamımızın daha çox çalışmamız lazımdır"

Bölgədə gedən proseslərdən və terrora qarşı mübarizədən danışan Akar indiyə qədər keçirilən əməliyyatlar barədə detallı izahat verib.

Bu zaman zalda "Vur de, vuraq, öl de, ölək" sloqanlarına cavab verən Akarın sözləri coşqunu artırıb: "Onun da zamanı gələcək, gözləyin. Bu saat əsgərimiz böyük bir uğurla terrorçuların bütün hinlərini, mağaralarını başlarına yıxıb, yıxmaya da davam edir. İnşallah, bu mübarizənin sonunda millətimizi bu terror bəlasından qurtaracağıq, bundan kimsənin şühhəsi olmasın".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru