Türkiyədə ağır yol qəzası olub: 3 nəfər ölüb, 31 nəfər yaralanıb 19-04-2023, 13:44 Türkiyənin Eskişehir şəhərində ağır yol qəzası baş verib.“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.Bildirilib ki, hadisə İnönü-Bozüyük magistral yolunda qeydə alınıb. Avtobusun aşması nəticəsində 3 nəfər ölüb, 31 nəfər isə yaralanıb.Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıblar.Qəzanın səbəbləri araşdırılır. Facebook-da paylaş