Qayınata gəlinini öldürüb, MEYİTİNİ YANDIRDI - FOTO

26-04-2023, 13:36           
Qayınata gəlinini öldürüb, MEYİTİNİ YANDIRDI - FOTO
Türkiyədə 72 yaşlı Kamil Ö. əvvəlcə gəlinini tüfənglə vurub, sonra cəsədini yandırıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisədən sonra itkin düşən qayınata jandarm qrupları tərəfindən qısa müddətdə meşəlik ərazidə yaxalanıb.

İddiaya görə, Atlıdere məhəlləsində yaşayan 72 yaşlı Kamil Ö. və gəlini 46 yaşlı Xədicə Ö. arasında səhər saatlarında mübahisə yaranıb. Müzakirədən sonra gəlin evdən çıxaraq evin yanındakı tövləyə gedib.

Qayınatası da ov tüfəngindən tövlədə olan gəlininə atəş açıb. Daha sonra o, Xədicə Ö.-nun cəsədini yandıraraq hadisə yerindən qaçıb. Qonşuların 112 Təcili Zəng Mərkəzindən kömək istəməsindən sonra hadisə yerinə sağlamlıq və jandarma qrupları göndərilib.

Sağlamlıq qrupları tərəfindən Xədicə Ö.-nün öldüyü təyin olunub. Müayinələrdən sonra Xədicə Ö.-nün cəsədi Fethiye Dövlət Xəstəxanasının meyitxanasına aparılıb. Qaçan Kamil Ö. jandarma qrupları tərəfindən tutularaq nəzarətə götürülüb. Şübhəlinin ədliyyəyə sövq ediləcəyi öyrənilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.