Qara dəniz qazı Türkiyəyə ildə 2 milyard qazandıracaq

27-04-2023, 08:34           
Qara dəniz qazı Türkiyəyə ildə 2 milyard qazandıracaq
Qara dənizdə qaz hasilatı Türkiyəyə bu il enerji idxalına 2 milyard ABŞ dollarına qədər qənaət etməyə kömək edəcək.

Bu barədə “Dünya” qəzeti yazıb.

Qəzet yazır ki, ortamüddətli perspektivdə Qara dəniz yataqlarının işlənilməsi idxalı ildə 10 milyard dollardan çox azaldacaq. Qara dənizdəki bütün qaz yataqlarının işlənməsindən sonra, yəni 2028-ci ilə qədər buradan hasil olunacaq yanacaq daxili istehlakın 30%-ə qədərini ödəyə biləcək.

Enerji idxalından asılılıq birbaşa Türkiyənin yüksək cari kəsirində özünü göstərir. 2022-ci ildə kəsir 97 milyard dollar təşkil edib. Bu vəziyyəti düzəltmək üçün rəsmi Ankara, eyni zamanda qaz və neftin kəşfiyyatı və hasilatına da bel bağlayır. Qazma işləri təkcə Qara dənizdə deyil, həm də Aralıq dənizində, ölkənin şimal-qərb hissəsində quruda, cənub-şərqdə və Egey dənizində aparılır.

Qəzetin yazdığına görə, ölkə daxilində qaz və neft hasilatı sayəsində Türkiyə özünü dünya bazarlarında enerji qiymətlərinin dəyişkənliyindən müəyyən qədər qoruya biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru