Türkiyə XİN Ermənistanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını pisləyib

27-04-2023, 11:14           
Türkiyə XİN Ermənistanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını pisləyib
Türkiyə İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı siyasi, hərbi liderlərinə və o zamankı Azərbaycan rəsmilərinə qarşı sui-qəsdləri törədənlərə həsr olunmuş “Nemesis abidəsi”nin açılmasını qətiyyətlə pisləyir.

Bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

“Bu hadisənin erməni mətbuatında təqdim olunması da onu göstərir ki, tarixin təhrif olunmuş və təsdiqi mümkün olmayan təfsiri bəzi düşüncələrdə hələ də davam edir”, - deyə bildirilib.

Qeyd olunub ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru