Xaricdə yaşayan türklər üçün səsvermə bu gün başladı

27-04-2023, 10:34           
Xaricdə yaşayan türklər üçün səsvermə bu gün başladı
Bu gün Türkiyə sərhədlərindən kənarda yaşayan Türkiyə vətəndaşları üçün prezident seçkilərinin səsvermə prosesi başlayır.

BAKU.WS xəbər verir ki, xaricdə yaşayan təxminən 3 milyon 500 min seçici Türkiyə vətəndaşı üçün gömrük qapılarında və xarici nümayəndəliklərdə səsvermə prosedurları həyata keçirilir.

Xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 9-dək, gömrükdə isə mayın 14-ü saat 17.00-dək davam edəcək. Xaricdəki seçicilər 46 gömrük qapısında səs verə biləcəklər.

Qeyd edək ki, Türkiyədə ümumi olaraq səsvermə mayın 14-də keçiriləcək. Bu seçkidə 5 il fəaliyyət göstərəcək prezident və parlamentin yeni üzvləri müəyyənləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru