Tokayev: "Xaricdən cəmiyyətimizə nifaq toxumu səpməyə çalışırlar”

27-04-2023, 10:46           
Tokayev: "Xaricdən cəmiyyətimizə nifaq toxumu səpməyə çalışırlar”
"Qazaxıstan hakimiyyəti milli birliyi və harmoniyanı pozmağa yönəlmiş istənilən təxribatları dayandırmalıdır". AzVision.az xəbər verir ki, bunu cümə axşamı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib Qazaxıstan Xalqları Assambleyasının sessiyasında çıxışı zamanı deyib. O qeyd edib ki, "Birliyimizi və harmoniyamızı pozmağa yönəlmiş istənilən təxribatları qətiyyətlə dayandırmaq lazımdır. Biz ictimai sahədə müxtəlif növ saxtalaşdırmaların və ya saxta, dağıdıcı nəşrlərin sayının nəzərəçarpacaq dərəcədə artdığını görürük. Onların müəlliflərinin böyük əksəriyyətinin Qazaxıstanla heç bir bağlılığı yoxdur, xaricdən hərəkət edərək, cəmiyyətimizə nifaq toxumu səpməyə çalışır”.
Onun sözlərinə görə bu cür müəlliflərin ritorika və hərəkətləri etimadsızlıq mühiti yaratmaq, insanlar arasında nifaq salmaq və dövlət təhlükəsizliyini pozmaq məqsədi daşıyır.
"Belə tendensiyaları nəzərə alaraq, bədxahların səyi ilə cinayət və ya məişət xarakteri daşıyan istənilən hadisə millətlərarası müstəviyə keçərək ağır nəticələrə səbəb ola bilər. Ona görə də biz məsuliyyətli vətəndaşlar olaraq istənilən təzahürlərə qarşı durmalıyıq. Radikalizm, ekstremizm və separatizmə qarşı incə və eyni zamanda sərt, nəticədə isə ədalətli davranın”, - Qazaxıstan prezidenti xalqı xəbərdar edib.
Onun sözlərinə görə, millətlərarası, dil və sosial zəmində olan bütün təxribatların qarşısı dövlət səviyyəsində, qanun çərçivəsində ciddi şəkildə alınacaq: "Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Komitəsi bu məsələni xüsusi nəzarətdə saxlayacaq və qanunvericiliyə uyğun fəaliyyət göstərəcək. Eyni zamanda, ölkəmizin hər bir vətəndaşı öz sözünün məsuliyyətini dərk etməlidir. Bizə informasiya müharibələri və ideoloji mübahisələr lazım deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.