Türkiyədə DƏHŞƏTLİ YANĞIN - İbrahim Tatlısesin də evi yandı - FOTO/VİDEO

28-04-2023, 09:48           
Türkiyədə DƏHŞƏTLİ YANĞIN -
Türkiyənin İzmir şəhərində məşhur və lüks binalardan ibarət 4 bloklu binada yanğın olub.

Sözügedən tikili Narlıdere ərazisindəki Folkart adlı yaşayış binasıdır.

Yaşayış binası tez bir zamanda alovlanıb. Vətəndaşlar canlarını qurtarmaq üçün eyvanlardan özlərini atmağa çalışıblar.

Hadisə yerinə çoxsayda polis, yanğınsöndürən və təcili tibbi yardım maşınları çağırılıb. Hadisə şahidləri yanğın zamanı xeyli partlayış səsləri eşitdiklərini bildiriblər. 8 mərtəbə binanaın hələlik hansı səbəbdən yandığı məlum deyil.

Yanğınsöndürənlər uzun müddət alovu ram edə bilməyiblər. Tikilidə 30-35 mənzilin olduğu qeyd edilib. Ümumilikdə neçə nəfərin yaşadığı isə hələ ki bəlli deyil. Uzun müddətdən sonra alov söndürülüb.

Yaşanmış bədbəxt hadisəsnin ardından Türkiyə Səhiyyə Naziri Fahrettin Koca açıqlamam verib.

"7 vətəndaşımız alovlardan təsirlənib. 6 sakin şiddətli tüstü dumanına məruz qalıb. Onlara lazım olan təcili tibbi yardım göstərilib. Hazırda hamısının vəziyyəti yaxşıdır" - deyərək nazir bildirib.

Yanan binada türk sənət musiqisinin imperatoru İbrahim Tatlısesin də evi yanıb. Sənətçi yaşadığı mənzil yanğından ziyan görüb. Əvvəlcə onun evdə olduğu güman edilib. Daha sonra İbrahim bu barədə instaqramda paylaşım edib:

"Təyyarəyə bilet olmadığı üçün gedə bilmədim. Ümid edirəm can itkisi olmaz. Cana gələn, mala gəlsin".



Baku.ws












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru