Ukrayna “Baykar”la 3 yeni müqavilə imzaladı

30-04-2023, 17:10           
Ukrayna “Baykar”la 3 yeni müqavilə imzaladı
Ukrayna Türkiyənin PUA istehsal edən “Baykar” şirkəti ilə 3 müqavilə imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın strateji sənayelər naziri Aleksandr Kamışin məlumat verib.

“Bu müqavilələr ölkəmizə ixrac gəlirləri və yeni nəsil silahlar verəcək”, - nazir bildirib.

Kamışin müqavilələrin mətnini açıqlamayıb.

Qeyd edək ki, müqavilə İstanbulda keçirilən “Texnofest 2023” sərgisi çərçivəsində imzalanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.