Türkiyəli nazirdən MÜJDƏ: "Çox yaxında böyük xəbər verə bilərik"

30-04-2023, 20:32           
Türkiyəli nazirdən MÜJDƏ:
Türkiyə tezliklə neft hasilatı ilə bağlı böyük xəbərlər açıqlaya bilər.

Publika.az xəbər verir ki, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib.

"Biz çox yaxında neftlə bağlı böyük xəbər verə bilərik", - deyə nazir bildirib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində 150 ​​milyon barel ehtiyata malik böyük neft yatağının kəşf edildiyini açıqlamışdı.

Şirnak vilayətinin Qabar dağı bölgəsində tapılan yataq 2022-ci ildə quruda kəşf edilən ən böyük on kəşfdən biridir. Onun ehtiyatları 12 milyard dollar dəyərində qiymətləndirilir.

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru